Trendyol-dan Azərbaycana sifarişin addım-addım izahı!

Gömrük Bəyannaməsi Necə Hazırlanır?

  • e.customs.gov.az ünvanına və yaxud da Smart Custom tətbiqinə keç.
  • Sadələşdirilmiş bəyana klikləyərək E-Ticarət bölməsini seç.
  • Uyğun bəyanı seçdikdən sonra şəxsi məlumatları doldur. Daşıyıcı məlumatı, sifariş nömrəsi, ölkə və s. məlumat avtomatik olaraq gələcək.
  • Sifarişlə bağlı məlumatların hamısını yoxla
  • Bağlamaya daxil olan məhsul və parametrləri əlavə et
  • Bəyan təsdiqini yekumlaşdır. Əlavə ödəniş tələb olunursa online olaraq ödəmə et.
  • Azərbaycan Gömrük qanunlarına görə xaricdən edilmiş alış-verişlərdə aylıq 300 dollara qədər Gömrük rüsümü alınmır. Bu limiti keçərsəniz gömrük rüsümü ödəmək məcburiyyətində qala bilərsiniz.

Trendyol-dan Azərbaycana sifarişin addım-addım izahı!

Gömrük Bəyannaməsi Necə Hazırlanır?

  • e.customs.gov.az ünvanına və yaxud da Smart Custom tətbiqinə keç.
  • Sadələşdirilmiş bəyana klikləyərək E-Ticarət bölməsini seç.
  • Uyğun bəyanı seçdikdən sonra şəxsi məlumatları doldur. Daşıyıcı məlumatı, sifariş nömrəsi, ölkə və s. məlumat avtomatik olaraq gələcək.
  • Sifarişlə bağlı məlumatların hamısını yoxla
  • Bağlamaya daxil olan məhsul və parametrləri əlavə et
  • Bəyan təsdiqini yekumlaşdır. Əlavə ödəniş tələb olunursa online olaraq ödəmə et.
Azərbaycan Gömrük qanunlarına görə xaricdən edilmiş alış-verişlərdə aylıq 300 dollara qədər Gömrük rüsümü alınmır. Bu limiti keçərsəniz gömrük rüsümü ödəmək məcburiyyətində qala bilərsiniz.

Tez-Tez Soruşulan Suallar

Sifarişim nə vaxt gələcək?

Azərbaycana göndərilən məhsulların təxmini çatdırılma müddəti ortalama 10 iş günüdür.
Bu zaman e.customs.gov.az edəcəyimiz gömrük bəyannaməsinin müddətinə görə dəyişiklik göstərə bilir.
Sifarişlərim səhifəsindən "Kargom haradadır" düyməsi ilə sifarişinizi izləyə bilərsiniz.

Fakturamı necə əldə edə bilərəm?

Hesabım > Sifarişlerim > Sifariş özəlikləri səhifəsində "Qəbzi görüntülə" düyməsinə klikləyərək qəbzinizi əldə edə bilərsiniz.
Qəbzi görə bilmirsinizsə aşağıdakı kanaldan bizə bağlansanız hesabınızın e-poçt ünvanına qəbz göndəriləcəkdir.
Müraciətinizi “Hesabım” bölməsində “Trendyol Asistan” vasitəsilə bizə göndərə bilərsiniz.
Qeyd: Bəzi sifarişlər üçün faktura kağız şəklində sifariş paketində deyil, yalnız e-poçt vasitəsilə göndərilir.

Çatdırılma rüsumu varmı?

Çatdırılma ödənişlidir. Məhsulu səbətinizə əlavə etdiyinizdə önünüzə çıxan "Cəmi Məbləğ" hissəsində çatdırılma məbləğini görə bilərsiniz.

Qaytarma siyasətiniz nədir?

Azərbaycandan edilən alış-verişlərdə hal-hazırda dəyişim və iadə edilmir.

Sifarişin çatdırılma ünvanını və ya alıcının adını dəyişə bilərəmmi?

Hazırda Azərbaycandan edilən alış-veriş üçün ünvanı dəyişmək və ya alıcını dəyişmək mümkün deyil.
Sifarişinin statusu ləğv etmək üçün uyğundursa, "Hesabım" bölməsində "Sifarişlərim" bölməsindən sifarişini ləğv edə bilərsən. Daha sonra istədiyin ünvanı seçərək yenidən istədiyin məhsulu sifariş edə bilərsən.

Hansı məhsulları ala bilərəm?

Məhsulun təfərrüatları səhifəsində "Azerbaycana çatdırılma üçün uygun!" i̇fadəsi olan bütün məhsullar çatdırılma üçün uyğundur.
'Azerbaycana çatdırılma üçün uygun deyil' ifadəsi olan məhsullar; əməliyyat və hüquqi səbəblərə görə beynəlxalq göndərilmə üçün uyğun deyil.

Sifarişim əskik/qüsurlu/yanlış olarsa nə etməliyəm?

Paketdəki məhsul və ya məhsullar zədələnmiş, qüsurlu, əskik və ya yanlışdırsa, aşağıdakı addımları izləyərək bizimlə əlaqə saxlaya bilərsən. Hesabım > Trendyol Asistan > Sifarişim natamam/qüsurlu/yanlış geldi. addımlarını seç. Tələblərini məhsulun fotoşəkilləri ilə birlikdə bizə göndər. Müraciətin araşdırıldıqdan sonra ən qısa zamanda məhsul yoxlanılaraq geri qaytarılacaq.

Sifarişimi ləğv etmək istəyirəm, nə etməliyəm?

Sifarişinin vəziyyətini əsas səhifədəki "Hesabım" bölməsində "Sifarişlerim" bölməsindən yoxlayın. Sifarişin "Kargoya Verildi" statusundadırsa, sifarişini ləğv edə bilməzsən. Ləğv etmək üçün uyğundursa, sifarişini asanlıqla ləğv edə bilərsən.

Ləğv etdiyim məhsulun pulu mənə nə vaxt qaytarılacaq?

Kartla edilən alış-verişlərin ödəmələrinin geri qaytarılması, bankdan asılı olaraq, 2-10 iş günü çəkə bilər. Hissə-hissə ödənişlə edilən alış-veriş üçün geri qaytarma da hissə-hissə həyata keçirilir.

Sifarişim ləğv edildi, nə etməliyəm?

Yaratdığınız bəzi sifarişlər, sistem tərəfindən riskli hesab olunduqda və ya digər ləğvetmə səbəbləri ilə əlaqədar olaraq, təhlükəsizlik səbəbi ilə avtomatik olaraq ləğv edilə və üzvlük hesabınız qeyri aktiv edilə bilər.
Sifarişinin ləğvinin səbəbini Trendyol hesabını açdığın e-poçt ünvanına göndərilən bildiriş e-poçtundan öyrənə bilərsən.
Hesabına yenidən giriş əldə etmək üçün aşağıdakı addımları yerinə yetirməklə bizimlə əlaqə saxlaya bilərsən:
Bunun üçün “Hesabım” bölməsində “Trendyol Assistant” üzərinə klikləmək kifayətdir. Daha sonra sualını danışacağın müştəri nümayəndəmizə yönləndirə bilərsən

Ünvanımda olmayanda sifarişim gəldi, nə etməliyəm?

Sifarişini 7 gün ərzində yük şöbəsindən ala bilərsən.
Şöbədə 7 gündən çox gözləyən paketlər üçün yük şöbəsinə əlavə ödəniş ödəyə bilərsən. 90 gündən sonra bağlama yük şirkəti tərəfindən məhv edilə bilər.

Çatdırılma zamanı nələrə diqqət etməliyəm?

Sifarişini təslim alarkən hər hansı bir zədə görsən kargo xidməti əməkdaşından “Hasar Tespit Tutanağı”qeydə almasını xahiş edə bilərsənQeyd alındıqdan sonra "Hesabım" bölməsində "Trendyol Assistant" vasitəsilə sorğunu bizə göndərməlisən.

Gəl-al nöqtəsi nədir?

"Gəl-al" məntəqələri evdə olmadığın zaman sifarişini rahat və təhlükəsiz şəkildə götürə biləcəyin məntəqələrdir.
Sifarişini verərkən "Gəl-al" seçimi üzərindən sənə ən yaxın məntəqəni seç. Sifarişin "Gəl-al" məntəqəsinə çatdığı zaman fin kodunla sifarişini təhvil al.

Hansı kartlarla ödəniş edə bilərəm?

Alış-verişini bütün kredit və debit kartları ilə ödəyə bilərsən.

Gömrük bəyanını necə edə bilərəm?

Azərbaycana göndərilən bağlamaların təhvilinin tamamlanması üçün e.customs.gov.az ünvanından bəyan etmək məcburidir.

Gömrük bəyanı necə edilir?

1. e.customs.gov.az saytından və yaxud Smart Customs tətbiqindən giriş et.
2. Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət bölməsini seç.
3. Uyğun bəyannaməni seç, şəxsi məlumatlarını düzgün doldurduğundan əmin ol.
4. Bağlama ilə bağlı məlumatlar doldurulmuş halda gəldikdən sonra məlumatları yoxla.
5.Bağlamaya daxil olan məhsul və ya məhsulları əlavə et.
6. Bəyannaməni təsdiq et. Əlavə ödəniş etmək lazım gələrsə, ödənişi onlayn şəkildə həyata keçirə bilərsən.

Azərbaycan Gömrük qanununa istinadən xaricdən edilən 300$-a qədər alış-verişlərə gömrük rüsumu tətbiq edilmir. Bu limiti keçdiyin zaman sifarişin üçün gömrük rüsumu ödəməyin lazımdır.*

Gömrük bəyannaməsini nə vaxt edə bilərəm?

Paketdəki məhsul və ya məhsullar zədələnmiş, qüsurlu, əskik və ya yanlışdırsa, aşağıdakı addımları izləyərək bizimlə əlaqə saxlaya bilərsən. Hesabım > Trendyol Asistan > Sifarişim natamam/qüsurlu/yanlış geldi. addımlarını seç. Tələblərini məhsulun fotoşəkilləri ilə birlikdə bizə göndər. Müraciətin araşdırıldıqdan sonra ən qısa zamanda məhsul yoxlanılaraq geri qaytarılacaq.

Çatdırılma ünvanı əlavə edərkən nələrə diqqət etməliyəm?

Sifarişin üçün ünvan detalları əlavə edərkən diqqət etməli olduğun məqamlar;
1. Ünvan başlığı bölməsini "Ev ünvanım", "İş ünvanım" kimi adlandıra bilərsən. Bu funksiya sənə əlavə etdiyin fərqli ünvanları ayıra bilmək üçün kömək edəcək.
2. Fin kod bölməsinə FİN kodunu dəqiq və doğru şəkildə əlavə etdiyindən əmin ol. Smart Customs vasitəsi ilə gömrük bəyanı edən zaman bu addım olduqca önəmlidir.
3. Ünvan məlumatlarını daxil edərkən yalnız türk və ingilis hərflərindən istifadə edə bilərsən.

Sifariş verirkən ünvan məlumat səhifəsində fin kodunu səhv daxil etmişəm, nə edə bilərəm?

Sifarişini səhv və ya əskik FİN kodu ilə vermisənsə, Smart Customs tətbiqində sifarişini görə bilməyəcəksən. Məsələ ilə bağlı sənə köməklik göstərə bilməyimiz üçün "Sifarişlərim" səhifəsində Trendyol Assistant vasitəsilə bizimlə əlaqə saxlaya bilərsən.

Ünvan bilgilərim bölməsində "ünvan başlığı" bölməsinə nə yaza bilərəm?

Ünvan başlığı bölməsini "Ev ünvanım", "İş ünvanım" kimi adlandıra bilərsən. Bu funksiya sənə əlavə etdiyin fərqli ünvanları ayıra bilmək üçün kömək edəcək.

Çatdırılma haqqı varmı?

Sifariş verərkən ödədiyin çatdırılma haqqından başqa, heç bir əlavə ödəniş etməli deyilsən.

Sifarişim hara çatdırılacaq?

Bizim iki fərqli çatdırılma üsulumuz var, "evə çatdırılma" və "gəl-al". Sifariş verərkən seçdiyin çatdırılma üsuluna uyğun olaraq məhsulunu ala bilərsən.
"Gəl-al" nöqtələri evdə olmadıqda sifarişini asanlıqla və təhlükəsiz şəkildə təhvil ala biləcəyin nöqtələrdir.

Gəl-al nöqtəsinə necə sifariş verə bilərəm?

Sifarişini verərkən öz ev ünvanına ən yaxın olan "Gəl-al" məntəqəsini seçə bilərsən. Bu məntəqələr Azərbaycanda yerləşən poçt məntəqələridir.

Ödənişi hansı kartla edə bilərəm?

Alış-verişlərində bütün kredit ve debit kartlarından istifadə edə bilərsən.

Tətbiqə daxil olduğumuz zaman görünən bildiriş mesajı nə deməkdir?

Tətbiq bölməsinədaxil olduğunuzda qarşınıza çıxan məlumatlandırma mesajının altında 2 seçim təqdim ediləcəkdir.
1-Azerbaycandan al: Bu seçimi etdiyin zaman çatdırılma ölkəsi olaraq Azərbaycanı seçmiş olacaqsan və Trendyoldan vasitəçisiz satın alacaqsan.
2-Türkiyədən satın al: Bu seçimi etdiyinizdə çatdırılma ölkəsi Türkiyə olaraq qalır. Bir vasitəçiylə sifariş verməyə davam edə bilərsiniz.
Çatdırılma ölkəsini daha sonra dəyişmək istədiyiniz zaman "Hesabım" səhifəsinin sağ üst küncündəki"Çatdırılma ölkəsi" bölməsinə klikləyərək ölkəni dəyişə bilərsən.